Ana Sayfa > Qərbi Azərbaycan > Bakıda 11 nəfər hava şəraiti ilə əlaqədar xəsarət alıb

Bakıda 11 nəfər hava şəraiti ilə əlaqədar xəsarət alıb


11-11-2021, 11:58. Yazar: sevinc1
Bakıda 11 nəfər hava şəraiti ilə əlaqədar xəsarət alıb

Noyabrın 10-dan 11-dək Bakıda hava şəraiti ilə əlaqədar 5-i kişi, 6-sı qadın olmaqla 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, xəsarət alanlardan bir nəfərə yerində yardım göstərilib, bir nəfər isə yardımdan imtina edib. Digər 9 nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, noyabrın 10-da Bakıda və bölgələrdə güclü şimal-qərb küləyi əsib. Paytaxtda küləyin sürəti saniyədə 38 metrə çatıb.

aia.az
Geri dön