Ana Sayfa > Ölkə > Ötən gün borca görə axtarışda olan 64 nəfər saxlanılıb
Ötən gün borca görə axtarışda olan 64 nəfər saxlanılıb11-11-2021, 09:37. Yazar: sevinc1 |
![]() Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. Geri dön |