Ana Sayfa > Ölkə > Qaradağda yanğın zamanı 5 nəfər təxliyə edilib
Qaradağda yanğın zamanı 5 nəfər təxliyə edilib11-11-2021, 09:06. Yazar: sevinc1 |
![]() Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb. Fövqəladə Hallar Nazirliyindən Aia.az-a verilən məlumata görə, yanğın zamanı yaxınlıqdakı evin tüstü dolmuş otaqlarından yatmış vəziyyətdə olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Geri dön |