Ana Sayfa > Seçki 2024 > Samuxda şəhidin ildönümü qeyd olundu

Samuxda şəhidin ildönümü qeyd olundu


10-11-2021, 13:15. Yazar: sevinc1
Samuxda şəhidin ildönümü qeyd olundu

10 noyabr 2021-ci il tarixində Samux rayonunun İnstitut qəsəbəsində vətənimizin bütövlüyü uğrunda başlanan 44 günlük Qarabağ müharibəsində döyüşərək şəhid olan igid qəhrəmanlarımızdan biri Abdullayev Rəşid Abdulla oğlunun ildönümü mərasimi qeyd olundu. Mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Şəhidimizin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidimizin anasının sözlərinə görə, oğlu torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayıb. O,həmişə deyirmiş ki, “ nə qədər biz varıq, o torpaqlar erməniyə qalmayacaq.”

Rəşid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.İgid qəhrəmanımız Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Geri dön