Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər


10-11-2021, 12:27. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər


Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Vətən müharibəsində ALLAH dərgahında ən uca, ali zirvəyə şəhidliyə yüksəlmiş Nəsirov Nahid Əlizamin oğlunun ildönümü mərasimində iştirak ediblər. Şəhidin ailə üzvləri ilə görüşüblər, qayğıları ilə maraqlanıblar, şəhidin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər.

Şəhidin ailə üzvləri ilə görüş zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb. Qeyd olunub ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə Şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq. Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Aia.az
Geri dön