Ana Sayfa > Media > Təbriz Abdullazadə: "Nəhayət haqq-ədalət yerini tutdu və torpaqlarımız tam işğaldan azad olundu."

Təbriz Abdullazadə: "Nəhayət haqq-ədalət yerini tutdu və torpaqlarımız tam işğaldan azad olundu."


7-11-2021, 13:27. Yazar: admen
Təbriz Abdullazadə: "Nəhayət haqq-ədalət yerini tutdu və torpaqlarımız tam işğaldan azad olundu."

Zəfər gününün və Qələbəmizin bir illiyi ərəfəsində Gəncə Şəhidlər Xiyabanını ziyarət etdim. Nə qədər sevincli və qürurlu olsamda, bir o qədər kədərli idim. Çünki soyuq məzarda yatan qardaşlarımızın gözəl arzuları və planları var idi. Xalqımızın xiyabana axışmasını görəndə, bir daha bir olduğumuzu anladım. Nəhayət haqq-ədalət yerini tutdu və torpaqlarımız tam işğaldan azad olundu. Əziz şəhid anası, atası, uşağı və həyat yoldaşı başınızı uca tutun... Çünki, şəhidlərimizin ruhu şaddır, yeri cənnətdir, məkanı behiştdir... Biz haqqlı davamızda şəhid vermişik, öz torpaqlarımızda şəhid olmuşuq, bizim şəhidlər İmam Hüseyn (ə.s.) yolunun davamçılarıdır... Allah şəhidlərimizə rəhmət eləsin!

Təbriz Abdullazadə
İctimai-siyasi fəal gənc.

aia.az

Geri dön