Ana Sayfa > Seçki 2024 > Xüsusi Təyinatlı Qüvvələrdə görüş keçirildi

Xüsusi Təyinatlı Qüvvələrdə görüş keçirildi


7-11-2021, 10:41. Yazar: admen
Xüsusi Təyinatlı Qüvvələrdə görüş keçirildi

Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Tədbirdə Zəfər Günü münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.

Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.

AİA.Az
Geri dön