Ana Sayfa > Karusel > Ohanyan: “Döyüşlər hər an başlaya bilər“

Ohanyan: “Döyüşlər hər an başlaya bilər“


5-05-2016, 08:49. Yazar: admin
Ohanyan: “Döyüşlər hər an başlaya bilər“





“Vəziyyət gərgindir”

Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları istənilən vaxt başlaya bilər.

Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, bu barədə mayın 4-də jurnalistlərə açıqlmasında Ermənistan Müdafiə naziri Seyran Ohanyan deyib.

“Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq”, - erməni nazir deyib. O əlavə edib ki, hələlik təmas xəttində müvəqqəti atəşkəs var.

S.Ohanyan həmçinin Rusiyanın Ermənistana silah tədarükünə də toxunub.

“Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır”, - o, deyib.

aia.az
Geri dön