Ana Sayfa > Seçki 2024 > AMEA-da Zəfər gününə həsr edilmiş toplantı keçirilib.

AMEA-da Zəfər gününə həsr edilmiş toplantı keçirilib.


6-11-2021, 21:34. Yazar: admen
AMEA-da Zəfər gününə həsr edilmiş  toplantı keçirilib.

5 noyabr 2021- ci il tarixində AMEA-nın Əsas binasında Zəfər gününə həsr edilmiş və Azad Həmkarlar İttifaqının (AHİ) 2021-ci ilin yekunlarına dair hesabat toplantısı keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, I və II Qarabağ savaş iştirakçıları, AMEA-nın İnstitut və təşkilatlarının həmkarlar komitəsi sədrləri iştirak etmişdilər.
Tədbirdə AHİ-nin sədri, professor Habil Qurbanov  rəhbərlik etdiyi qurumun 2021-ci ilə dair hesabat məruzəsini təqdim edib. O, AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Sədr çıxışında, Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin 30 ilə yaxındır ki, başçılığı ilə erməni işğalı altında inləyən torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladığı və qısa müddətdə parlaq hərbi qələbələr əldə etdiyi tarixi günlərdən,  Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən danışıb.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsində ölkədə il ərzində çoxsaylı iş yerlərinin açılması, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirildiyni vurğulayan sədr AHİ-nin il ərzində gördüyü işləri diqqətə çatdırıb.

AHİ-nin uğurları və davamlı inkişaf yolundan söz açan H. Qurbanov elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü, maddi-sosial problemləri olan şəxslərə ittifaq tərəfindən yardımların göstərildiyini bildirib. O, AMEA işçilərinin mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə teatr və konsertlərə biletlərin verildiyini vurğulayıb. Məruzəçi AHİ-nin fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından, perspektivdə görüləcək işlərdən də danışıb.
 
Bildirib ki, ötən il elmi fəaliyyətlə məşğul olan şəxslərə dəstək vermək, onların əməyini qiymətləndirmək, maddi-sosial problemlərini həll etmək, o cümlədən mədəni-kütləvi mərasimlərdə iştirakını, asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
AMEA Azad Həmakarlar İttifaqı və ilk təşkilatlar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna – 74.000 manat, Yaşat fonduna – 20.000 manat, Qarabağ Dirçəliş fonduna 30.000 manat ianə edilmişdir. 2021-ci ildə ilk təşkilatlar tərəfindən Yaşat Fonduna 8500 AZN ianə edilmişdir. Azad Həmkarlar İttifaqı 124 şəhid ailələsinə 18 çeşiddə ərzaq yardımları etmişdir.

Anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının və İnstitutun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Şəhid Leytenant Abbasov Teymur Feyruz oğlunun ailəsi ziyarət olunub. Yeni dərs ilinin başlanğıcında şəhidin övladları Abbasov Feyruz və Abbasov Sirus Teymur oğlunun qayğıları və yaşayış şəraiti ilə tanış olublar. Görüş şəhidin həyat yolundakı maraqlı məqamlarin müzakirəsi ilə keçib. Vətən müharibəsində qələbənin əldə olunmasının siyasi hərbi və ideoloji amillərinə dair müzakirələr aparılıb. Şəhidin ailəsi və övladları göstərilən diqqətə və qayğıya görə dövlət başçısına, onun tapşırıqlarını vicdanla yerinə yetirən hər kəsə və alimlərimizə minnətdarlığını bildirdi. Bundan başqa AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar Təşkilatı institutun əməkdaşları ilə birlikdə Xətai rayonu ərazisində yaşayan bir qrup aztəminatlı II Qarabağ döyüşlərinin iştirakçısı olmuş şəhid və qazi ailələrini ziyarət edib, onlara ərzaq yardımı veriblər, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA ŞAR Həmkarlar Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin Anım günü tədbiri keçirmişdir. Tədbirdə Rəsədxananın direktoru AMEA - nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası kollektivi olaraq müharibə dövründə Silahlı Qüvvələr Fonduna ianə edilmiş, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərilmiş, rəsədxana əməkdaşları və Həmkarlar Komitəsinin nümayəndələri Şamaxı rayonunda olan şəhid və qazi ailələrini ziyarət edərək onlara ərzaq yardımı etmişdir. Həmçinin Vətən Müharibəsi iştirakçısı olmuş ŞAR əməkdaşlarına Anım günü ilə əlaqədar maliyyə yardımı edilib. AMEA Şəki Regional Elmi Mərkəzində 27 sentyabr-anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları tədbirdən sonra Şəki şəhərindəki Şəhidlər xiyabanını ziyarətlə davam etmişlər. Kollektiv üzvləri eyni zamanda həmin gün Mərkəzin genefond bağında Şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası həyata keçirmişlər. Aksiya çərçivəsində əməkdaşlar Şəki rayonunda yaşayan bir qrup Şəhid ailəsinə baş çəkmiş, onların problemləri ilə maraqlanmış, məktəbəqədər və məktəb yaşlı şəhid övladlarına hədiyyələr, məktəbli çantaları və ləvazimatlar təqdim etmişlər. Gələcəkdə də belə aksiyaların davam etdirilməsi nəzərdə tutulur. AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dos.İradə Mirzəzadənin təşəbbüsi ilə İnstitutun bir neçə əməkdaşı Anım Günü ilə əlaqədar olaraq Vətən uğrunda son damla qanınadək döyüşərək əbədi ölümsüzlük zirvəsinə yüksəlmiş cəsur şəhidlərimiz, baş çavuş Cəfərov Vüqar İnşallah oğlu, Məhərrəmov Fərid Asif oğlu, Məmmədzadə Kəmaləddin Vüqar oğlunun ailələrinə baş çəkmişlər. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım gününə həsr olunmuş “Vətən sizə oğul dedi...” adlı tədbir keçirib. Tədbirdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış etmiş və mərkəzin on altı əməkdaşının Qarabağ müharibəsində iştirak etdiklərini, iki əməkdaşının övladının isə Vətən müharibəsində şəhid olduqlarını deyib. RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev isə bildirib ki, RSXM-də çalışan müharibə iştirakçılarının və şəhid ailələrinin sosial məsələləri hər zaman diqqətdədir və vaxtaşırı onlara Həmkarlar Təşkilatı tərəfindən maddi yardım göstərilir. Anım günü ərəfəsində də müharibə iştirakçıları və şəhid ailələrinə mərkəzin Həmkarlar Təşkilatı tərəfindən növbəti maddi yardım göstərilib. Tədbir Vətən müharibəsinin iştirakçıları, şəhidlərimiz və qazilərimizə həsr olunmuş və müəllifi Vətən müharibəsinin iştirakçısı olan, mərkəzin əməkdaşı Sərvət Qurbanzadənin hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı 2021-ci ildə akademiyanın əməkdaşlarından 1046 nəfərə köməklik məqsədilə maddi yardım etmişdir. Yardımlar əməkdaşların əmək haqqı kartlarına köçürülüb.

Mədəni-kütləvi tədbirlərə gəldikdə isə bu özünün çoxcəhətliliyi ilə daim diqqət mərkəzində olmuşdur.
Kollektivlərdə Yeni il şənliyi, 8 mart Beynəlxalq Qadınlar, Ramazan və Qurban bayramları yüksək səviyyədə qeyd edilmişdir. Bu il Novruz bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün təşkilatlarımızda bayram şənliyi keçirilməmiş, əvəzinə aztəminatlı Akademiya işçilərinə ərzaq yardımı edilmişdir. Belə ki, AMEA-nın Mikrobiologiya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan 25 qazi ailəsi evində ziyarət olunub və digər təşkilatlarda belə tədbirlər keçirilmişdir. Ziyarət zamanı onların müalicələri ilə maraqlanılıb, Novruz bayramı münasibəti ilə sovqatlar paylanılıb, bayramları təbrik edilib.

Akademiyada çalışan əməkdaşların sağlamlığı və istirahəti daim diqqətimizdədir. Bu il də Akademiya əməkdaşlarına Qaranquş, Bilgəh, Abşeron, Şıx, Günəşli, Naftalan sanatoriyalarına, Xəzər və Şəfa istirahət evlərinə güzəştli şərtlərlə 209 yollayışlar verilmişdir. Hər il olduğu kimi bu il də bir çox ilk təşkilatımızda əməkdaşların istirahətini səmərəli təşkil etmək məqsədi ilə Həmkarlar Təşkilatlarının maliyyə dəstəyi ilə Respublikamızın regionlarına turistik səfərlər təşkil olunmuşdur. Belə ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşının Qubaya 1 günlük, Genetik Ehtiyatlar İnstitutunun 41 nəfər əməkdaşının Qubaya və Qəbələyə 1 günlük, Respublika Seysmoloji Xidmət Mərkəzinin 18 nəfər əməkdaşının Qax rayonuna 2 günlük, Şəki Regional Elmi Mərkəzinin 49 nəfər əməkdaşının Gəncəyə 1 günlük, Dendrologiya İnstitutunun 35 nəfər əməkdaşının Şamxı, Qəbələ, İsmayıllı rayonlarına 1 günlük, Dilçilik İnstitutunun 29 nəfər əməkdaşının Qubaya 1 günlük, Fəlsəfə və Sosiologiya İnstitutunun 40 nəfər əməkdaşının Xaçmaza 1 günlük, Fizika İnstitutunun 40 nəfər əməkdaşının Xudat rayonuna 2 günlük, Təcrübə Sənaye Zavodunun 25 nəfər əməkdaşının Qəbələ və İsmayıllıya 1 günlük, Riyaziyyat və Mexanika İnstitutunun bir qrup əməkdaşının Qubaya 1 günlük gəzintiləri təşkil olunmuşdur. Öz növbəsində Azad Həmkarlar İttifaqı da may və iyun aylarında 100 nəfərə yaxın Akademiya əməkdaşının Nabranda yerləşən “Xəzər” istirahət mərkəzinə növbəli şəkildə 3 günlük gəzintisini təşkil etmişdir.

20 Yanvar faciəsi, Xocalı soyqırımı və bu kimi digər anım günləri Azad Həmkarlar İttifaqı və ilk təşkilatlar tərəfindən pandmemiya ilə əlaqədar olaraq yığcam qeyd olunmuş, şəhidlər xiyabanı ziyarət edilimişdir.

AMEA Azad Həmkarlar İttifaqı 2021-ci ildə Vətən müharibəsindən sonrakı dövrdə və Koronavirus (COVID-19) pandemiyası zamanı 104 nəfərə 9940 manat məbləğində maddi və ərzaq yardımı etmişdir. 1020 manat dəyərində 510 ədəd tibbi maska, 110 ədəd tibbi spirt, 10 qutu rezin əlcək alınıb ilk təşkilatlara paylanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının “Parlaq şəhər” MMC ilə bağladığı müqaviləyə əsasən 08 aprel tarixində və növbəti aylarda AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə Akademiya şəhərciyində yerləşən inzibati binaların 50 min kv.m sahəsi koronavirus pandemiyası əleyhinə dezinfeksiya, dezinseksiya, deratizasiya edilmişdir. Xatırladaq ki, Covid-19 pandemiyası Azərbaycanda yayılmağa başladığı gündən bugünə kimi AMEA-nın inzibati binası dəfələrlə Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi və Akademiya şəhərciyinin rəhbərliyinin təşkilatçılığı ilə dezinfeksiya olunur.

Azad Həmkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının vaksinasiya edilməsində fəal iştirak edib. Belə ki, 18-80 yaş qrupundan olan Akademiya əməkdaşlarının 70%-i birinci və ikinci doza vaksin olunmuşdur.

03 mart 2021-ci il tarixində AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin növbəti iclasında AHİK tərəfindən Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 115 illiyi münasibəti ilə təsis edilmiş yubiley döş nişanları ilə təltif olunmuş əməkdaşlarla görüş keçirildi.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlarının 115 illiyi münasibəti ilə təsis olunmuş yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında səmərəli xidmətlərinə görə fərqlənən Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovla yanaşı AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarının 7 sədri də təltif olunub.

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın elmi və ictimai həyatında fəal iştirak edən qadınlara Azad Həmkarlar İttifaqının Fəxri fərmanı və mükafatlar təqdim edilibdir.

Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 21.08.2015-ci il tarixli 8b.4 №li qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyası Gənc alim və mütəxəssislərinin elmi və ictimai fəaliyyətlərini, dövlət əhəmiyyətli elmi lahiyələrdə, istər respublika, istərsə də beynəlxalq tədbirlərdə fəal iştirakını, bir çox müsabiqələrin iştirakçısı və qalibi olmasını, daima bilik səviyyələrinin yüksəldilməsi üçün xarici ölkələrdə uzunmüddətli ezamiyyətlərini nəzərə alıb Akademiyanın 3 gənci (Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Məmmədova Könül Rafiq qızı, Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Quliyeva Nərmin Rafiq qızı və Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Əliyev Taleh Vasif oğlu) 2020-cu il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür və onların hər birinin əmək haqqı kartlarına 200 manat məbləğində mükafat köçürülmüşdür.

Sonda AHİK tərəfindən Zəfər günü münasibətilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edən, şəhid ailəsi, zabit və Qazilərə və İlin peşəkar gənclərinə Fəxri diplomlar mükafatlar təqdim olunub

AİA.Az
Geri dön