Ana Sayfa > Seçki 2024 > Hesablama Palatası: “DSMF-nin gəlir və xərcləri daha da şəffaf olmalıdır”

Hesablama Palatası: “DSMF-nin gəlir və xərcləri daha da şəffaf olmalıdır”


6-11-2021, 15:36. Yazar: admen
Hesablama Palatası: “DSMF-nin gəlir və xərcləri daha da şəffaf olmalıdır”

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir potensialının və xərc istiqamətlərinin daha da şəffaflaşdırılması imkanlarının mövcud olması qənaətindədir.

Bu barədə Palatanın "DSMF-nin 2022-ci il büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, qanun layihəsində gəlir mənbəyi kimi əks etdirilən “Sair gəlirlər” üzrə növbəti il üzrə müvafiq məbləğdə gəlir potensialı olacağı proqnozlaşdırılsa da, burada yalnız sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar əks etdirilib, digər istiqamətlər üzrə isə proqnoz göstəriciləri göstərilməyib. Həmçinin, qanun layihəsində debitor borclar üzrə gəlir potensialının nəzərə alınması vəziyyəti ilə bağlı məlumatlar əks olunmayıbr. Bu, həmin mənbə üzrə imkanlardan istifadə potensialını qiymətləndirmək imkanını mədudlaşdırıb, Fondun real gəlirlərinin müəyyənləşdirilməsi və bu istiqamətdə görülmüş tədbirlərin nəticəliliyini qiymətləndirməyə şərait yaratmayıb.

AİA.Az
Geri dön