Ana Sayfa > Seçki 2024 > Samuxda şəhidin ildönümü qeyd olundu.

Samuxda şəhidin ildönümü qeyd olundu.


6-11-2021, 13:58. Yazar: admen
Samuxda şəhidin ildönümü qeyd olundu.

Bu gün Samux rayonunun Seyidlər kəndində sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində şəhid olan igid qəhrəmanlarımızdan biri Şəfiyev Daşqın Hidayət oğlunun ildönümü mərasimi keçirildi. Mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şəhidimizin məzarı ziyarət edildi, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxundu. Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirən Daşqının ən böyük arzusu Qarabağ uğrunda döyüşmək və torpaqlarımızı düşmən işğalından azad etmək olmuşdur.

Müharibədə şəxsi igidliyi və qəhrəmanlığı ilə seçilən Daşqın Şəfiyev Laçın uğrunda gedən döyüşlər zamanı şəhidlik mərtəbəsinə yüksəlmişdir. Ölümündən sonra müharibədə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, "Laçının azad olunmasına görə" medalı,  "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

AİA.Az
Geri dön