Ana Sayfa > Qərbi Azərbaycan > İldə iki dəfə peyvənd olunmaqla həm özümüzün, həm də ətrafdakıların sağlamlığını qorumaq mümkündür
İldə iki dəfə peyvənd olunmaqla həm özümüzün, həm də ətrafdakıların sağlamlığını qorumaq mümkündür6-11-2021, 13:03. Yazar: admen |
Bir müddət əvvəl ABŞ-da 5 yaşdan yuxarı uşaqların yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd olunacağı barədə açıqlama verildi. Bunun əsas səbəbi “delta” ştamının uşaqlara da ciddi təsir etməsi olub. Uşaqların COVID-19-a qarşı peyvənd olunub-olunmayacağı barədə suala cavab verən Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova deyib: “Amerika kimi dünya səhiyyəsinin önündə gedən bir ölkənin uşaqlar barədə verdiyi qərar heç də təsadüfi deyil. Həyata ilk qədəm qoyduqları vaxtdan uşaqlara ən müxtəlif peyvəndlər vurulur və onlar bunun sayəsində bir sıra xəstəlikləri çox normal və rahat keçirirlər. Güman etmək olar ki, koronavirusa qarşı peyvənd vurulması zamanı da onlar əlavə problemlə üzləşməyəcəklər”. Həkim-infeksionist həssas qrupdan başqa digər vətəndaşların da üçüncü doza peyvənd olunmasına müsbət reaksiya verərək deyib: “Peyvənd vurulandan sonra altı ay vaxt keçibsə, “buster” doza dəstəkverici, yəni qüvvətləndirici bir doza hesab edilir. “Buster” dozanın vurulması daha məqsədəuyğundur, çünki mutasiyaya uğrayan viruslarda nisbi müddət altı ay götürülür. Həmin müddətdən sonra immun sistemi öz həssaslığını yavaş-yavaş itirir və əks cisimlər azalır, immunitet zəifləyir. Təkrar immunitetin stimullaşdırılması əks cisimlərin yenidən stimulyasiya orqanizmi hazır vəziyyətdə saxlayır və xəstələnmə ehtimalı olduqda ən azı ağırlaşmalar və ağır nəticələr olmamasına xidmət edir”. COVID-19-dan sağalandan sonra da bəzi əlamətlərin itməsinə görə narahatlıq keçirənlər də çoxdur. Həkimin dediyinə görə, belə halların baş verməsi normal hesab olunur: “Koronavirusdan sonra təlatümlü vəziyyətdən çıxan immun sistemi xeyli zəifləyir. Bəzi xəstələrdə başqa xəstəliklərin və hətta şişin inkişafı müşahidə edilir. Sağalan xəstələrdə uzun müddət öskürək, halsızlıq və təngənəfəsliyin qalması halları olur”. COVID-19 həyatımızda olduğu müddətdə ona qarşı əsas mübarizə üsulu peyvənd olunmaqdır. Ona görə də ildə iki dəfə peyvənd olunmaqla həm özümüzün, həm də ətrafdakıların sağlamlığını qorumaq mümkündür. AİA.Az Geri dön |