Ana Sayfa > Gündəm > Ərdoğan xəbərdarlıq etdi: ABŞ təminat verdi
Ərdoğan xəbərdarlıq etdi: ABŞ təminat verdi6-11-2021, 12:21. Yazar: admen |
ABŞ-ın Dədəağacdakı hərbi varlığı Türkiyə üçün təhdid yaratmır. Bunu ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett deyib. “ABŞ-ın Yunanıstanla eyni strateji maraqları mövcuddur. Ancaq ABŞ və Yunanıstanın Şərqi Makedoniya və Trakiyadakı tərəfdaşlıq əlaqələri Türkiyə üçün təhlükə yaratmır”, - səfir bildirib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında G20 sammitində məsələ ilə bağlı amerikalı həmkarı Co Bayden və Fransa lideri Emmanuel Makronla danışdığını deyib. Ərdoğan həmkarlarına Dədəağacda hərbi bazanın yaradılmasının Türkiyə xalqını ciddi mənada narahat etdiyi çatdırıb. AİA.Az Geri dön |