Ana Sayfa > Ölkə > Sumqayıtda gənc qadının üzünə “kislota” atdılar

Sumqayıtda gənc qadının üzünə “kislota” atdılar


5-11-2021, 16:20. Yazar: sevinc1
Sumqayıtda gənc qadının üzünə “kislota” atdılar

Sumqayıtda kişi gənc qadına ağır xəsarətlər yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

41 yaşlı Teymur Heydərov 27 yaşlı N.H.-nı döyüb, daha sonra onun üzünə kimyəvi maddə olan sulfat turşusu (“kislota”) töküb. Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön