Ana Sayfa > İdman > Qətər klubu Xavi Ernandesi "Barselona"ya buraxıb

Qətər klubu Xavi Ernandesi "Barselona"ya buraxıb


5-11-2021, 16:05. Yazar: admen
Qətər klubu Xavi Ernandesi "Barselona"ya buraxıb

Qətərin "Əl-Sədd" futbol klubu ispaniyalı baş məşqçi Xavi Ernandeslə müqaviləyə xitam verib.

Bu barədə klubun baş direktoru Türki Əl-Əli bildirib.

Xavinin yaxın saatlarda "Barselona" ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Barselona" oktyabrın 28-də Ronald Kumanın baş məşqçi vəzifəsindən azad edilməsindən sonra Xavi ilə razılaşsa da, "Əl-Sədd" ispaniyalı məşqçini buraxmaqdan imtina edirdi.

Hazırda "Barselona"ya müvəqqəti olaraq Serxi Barxuan rəhbərlik edir.

AIA.Az
Geri dön