Ana Sayfa > Siyasət > VIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqətini sürətlə cəlb etdi -
VIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqətini sürətlə cəlb etdi -5-11-2021, 15:46. Yazar: sevinc1 |
![]() VIII Qlobal Bakı Forumu bütün dünya ictimaiyyətinin diqqətini sürətlə cəlb etdi. Bunu Ərəb Dövlətləri Liqasının sabiq baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Məhəmməd Musa “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib. O, xüsusilə dünyanın gələcəyinə, COVID-19 pandemiyasına, iqlim dəyişikliyinə beynəlxalq münasibətlərə, çoxtərəfli sistemə aid olan məsələlərin əhəmiyyətini vurğulayıb: "İnanıram ki, bu forum çox faydalı olacaq". Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. aia.az Geri dön |