Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda vaksinasiya yaşının azaldılması müzakirə olunacaq - Teymur Musayev
Azərbaycanda vaksinasiya yaşının azaldılması müzakirə olunacaq - Teymur Musayev5-11-2021, 14:17. Yazar: admen |
Çində "Sinovac" vaksininin 3 yaşdan böyük uşaqlar üçün istifadə olunması ilə bağlı tədqiqatlar aparılır. Yekun nəticələr əldə olunan kimi ekspert qruplarımızla müzakirə olunacaq və bundan sonra qərar qəbul ediləcək. Bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda vaksinasiya yaşının azaldılmasının mümkünlüyü barədə Trend-in sualını cavablandırarkən deyib. O bildirib ki, Azərbaycanda hazırda 12-18 yaşlı uşaqlar valideynlərin istəyi ilə peyvənd olunur: "ABŞ-da 5 yaşdan 11 yaşadək uşaqların peyvəndlənməsinə icazə verilir. Bunun üçün xüsusi "Pfizer" vaksinindən istifadə olunur". Azərbaycanda pandemiya ilə bağlı cari vəziyyətdən danışan T.Musayevin sözlərinə görə, bir müddət əvvəl yoluxma sayının artmasına səbəb insanların uğurlu vaksinasiya kampaniyası fonunda arxayınlaşması və sosial məsafə, fərdi müdafiə qaydalarına əməl etməməsidir: "Mən hələlik "delta plyus" ştammı barədə məlumat olmadığı üçün nəsə deyə bilmərəm. Biz müntəzəm olaraq əlavə vaksinlərin gətirilməsi məsələsi üzərində işləyirik. Zərurət yaranacağı halda biz əlavə vaksin satın alacağıq". AİA.Az Geri dön |