Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > 2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir

2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir


5-11-2021, 10:49. Yazar: sevinc1
2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir

2 doza "Sinovac" peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir.

Unikal.org xəbər verir ki, bu barədə türkiyəli mütəxəssislər çağırış edib.

"Siz qorunmursunuz. Gedin təcili peyvənd olunun", - deyə xəbərdarlıq edilib.

Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunited yaratmaq üçün 2 doza "Sinovac" peyvəndi yetərsiz qəbul olunur.

İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza "Sinovac" vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:

"İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar".

aia.az
Geri dön