Ana Sayfa > Təhsil > Akademik: Ordunun, xalqın və dövlətin bir yumruq şəklində birləşməsi qələbənin qazanılmasında əsas zəmin oldu

Akademik: Ordunun, xalqın və dövlətin bir yumruq şəklində birləşməsi qələbənin qazanılmasında əsas zəmin oldu


5-11-2021, 09:25. Yazar: admen
Akademik: Ordunun, xalqın və dövlətin bir yumruq şəklində birləşməsi qələbənin qazanılmasında əsas zəmin oldu

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr-Zəfər Günü qeyd olunub.

Bu barədə institutdan məlumat verilib. Tədbiri açan institutun baş direktoru akademik Vaqif Fərzəliyev bu günün Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində ordunun, xalqın və dövlətin möhkəm bir yumruq şəklində birləşməsinin Qələbənin qazanılmasında əsas zəmin olduğunu vurğulayıb.

İnstitutun elmi işçisi Könül Qəhrəmanova 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunan videotəqdimat edib. Mülki Müdafiə Qərargahının rəisi Hüseyn Dünyamalıyev və aparıcı elmi işçi Nüsrət Əliyev çıxışlarında 1-ci və 2-ci Qarabağ müharibələrində ordunun və xalqın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, dövlət və xalqın müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs ediblər.

AİA.Az
Geri dön