Ana Sayfa > Ölkə > Samux rayonunda ağacəkmə kampaniyası keçirildi

Samux rayonunda ağacəkmə kampaniyası keçirildi


4-11-2021, 17:20. Yazar: sevinc1
Samux rayonunda ağacəkmə kampaniyası keçirildi

04.11.2021-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Vətən müharibəsində həlak olan hər bir şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası keçirildi. Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və fəal YAP üzvləri iştirak etdilər.

Tədbir iştirakçıları rayonun mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş şəkil lövhəsinin ətrafında salınmış yaşıllıq sahələrində şam ağacları əkdilər.

aia.az
Geri dön