Ana Sayfa > Seçki 2024 > Şəhidlərin əziz xatirəsi yad edildi

Şəhidlərin əziz xatirəsi yad edildi


4-11-2021, 17:13. Yazar: sevinc1
Şəhidlərin əziz xatirəsi yad edildi


YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Sabirabad şəhərindən şəhid Əhmədov Bəhruz Səttar oğlunun, rayonun Axtaçı-Muğan kəndindən şəhid Zeynallı Aqil Aydın oğlunun, Bulduq kəndindən şəhid Əliyev Vahıb Ramiz oğlunun, Surra kəndindən şəhid Mayılov Bəxtiyar İxtiyar oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak etmişlər. Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir. Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

aia.az

Geri dön