Ana Sayfa > Qərbi Azərbaycan > Həkimdən həyəcan TƏBİLİ:
Həkimdən həyəcan TƏBİLİ:3-11-2021, 17:10. Yazar: sevinc1 |
“Uşaqlarda əmmə refleksi 33-34 həftəlik olmalıdır. Vaxtından əvvəl doğulmuş uşaqlarda əmmə refleksi olmadığından bəzən zond vasitəsi ilə qidalandırılırlar. Çünki vaxtından əvvəl doğulan uşaqlar üçün ana südü də çox-çox vacibdir. Ana südü uşaqlarda mədə-bağırsaq problemi yaratmır". Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib. O bildirib ki, elmi tədqiqatlar göstərir ki, vaxtından əvvəl doğulan uşaqlara süni qida qarışımları verildikdə mədə-bağırsaq sistemində problemlər yaşanır: “Xüsusilə də bağırsaqların çürüməsi ehtimalı artır. Bu səbəbdən doğumdan öncə analar hazır olmalıdır ki, doğumdan dərhal sonra ana südü sağılsın. Ümumiyyətlə, vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməlidir. Biz bu uşaqların normal qidalanmasını və inkişafını təmin etmək üçün buna nəzarət etməliyik”. Həkim onu da qeyd edib ki, bəzən vaxtından əvvəl doğulmuş uşaqlarda gözün torlu qişasında problem yarana bilir: “Torlu qişanın damarları yaxşı inkişaf etmədiyinə görə korluqla da nəticələnə bilər. Valideynlər belə problem yaşamamaq üçün körpələri müayinədən keçirməlidirlər. Bu problemin qarşısını almaq üçün zamanında aidiyyəti yoxlamalar aparılmalıdır. Eyni zamanda erkən doğulan uşaqlarda eşitmə ilə bağlı da problemlər yarana bilər. Çünki, o uşaqlar uzun müddət reanimasiyada qalır və antibiotik alırlar. Bu da eşitmə sisteminin zəifləməsinə təsir göstərə bilər. Ümumiyyətlə, vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməlidir”. aia.az Geri dön |