Ana Sayfa > Ölkə > Hacıqabulda "patı" əməliyyatı:

Hacıqabulda "patı" əməliyyatı:


3-11-2021, 16:35. Yazar: sevinc1
Hacıqabulda "patı" əməliyyatı:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri - Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

aia.az
Geri dön