Ana Sayfa > Gündəm / Seçilənlər-5 / Manşet > Leyla Əiyeva - Ey mənim məhəbbətim...
Leyla Əiyeva - Ey mənim məhəbbətim...20-06-2015, 11:52. Yazar: admin |
Leyla Əliyeva Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini modern.az saytına təqdim edib. “Ey mənim məhəbbətim” adlı şeiri oxucuların ixtiyarına veririk. Sevgilərin ülvisi Allahımın bəxşişi, Ey mənim məhəbbətim. Tanrıya dua edib Diləmişdim mən səni. Duam Göylərə yetdi, Allahım hədiyyəmi Mələyiylə yetirdi: O sən idin, ay sevgim... Gülüşün aydın səma, Gözlərinsə bir Günəş. Saatlarla, günlərlə Baxaram, heç doymaram. İlahi yuxulardan Yerdə ayıldım ki, mən Gerçəkdən qucaqlaya, Səni oxşaya biləm. Sən məlhəmsən qəmimə Dərmansan özləntimə. Səhərimə işıqsan, Gecəmə yaraşıqsan. Öpürəm əllərindən. Öpürəm, heç doymuram. Hər kəsdən qiymətlisən, Əzizsən ürəyimə. Sən bir başqa birisən, Başın üstə mələklər. Müqəddəs yuxuları Bil, çətin ki, unudam.. Ruhun dərin qatına Yığıram mən onları. Dan yeri söküləndə Gün almasın əlimdən. Ey ülvi məhəbbətim, Sən ki bilirdin bunu! İlk baxışdan, görüşdən Anlamışdım; mən səni Heç zaman İtirmərəm... Qəlbin dərinliyində Əbədi gəzdirəcəm. İndi də yanımdasan... Yağmurdan heç qorxum yox! Heç duyulurmu tufan? Eşidilirmi şimşək? Tanrı gözəl dünyada Yuxulara inanan cavabsız sevgilərə Kiçik bir körpü qurub. Qoy çatsınlar vüsala - Sevgililər röyada, Heç zaman çin olmayan Şirin yuxularında... Geri dön |