Ana Sayfa > Gündəm > Azərbaycana gətirilən bəzi hibrid avtomobillər ƏDV-dən azad edilir
Azərbaycana gətirilən bəzi hibrid avtomobillər ƏDV-dən azad edilir3-11-2021, 11:10. Yazar: sevinc1 |
Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir. aia.az-ın məlumatına görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Belə ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq. Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq. aia.az Geri dön |