Ana Sayfa > Ölkə > COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb


3-11-2021, 10:33. Yazar: sevinc1
COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 96 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

aia.az
Geri dön