Ana Sayfa > Karusel / Gündəm > İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edilib
İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edilib2-11-2021, 11:23. Yazar: sevinc1 |
İmişlidə 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir. aia.az Geri dön |