Ana Sayfa > Şou-biznes > Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkir?

Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkir?


2-11-2021, 11:10. Yazar: sevinc1
Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkir?

“Allah onun başına mən ağırlıqda daş salsın. Haqqımda dedikləri özünə qismət olsun”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Müğənni son üç ildə bir dəfə Moskvada olduğunu deyib:

“Mən bütün günü toydayam, nə vaxt baxsan da efirlərdəyəm. Özüm də sağlamam, yaxşıyam, əlayam. Xəstə adam toy apara bilməz. Üç ildə mənim yolum bircə dəfə Moskvadan düşüb. O xəstəliklər onu deyənlərin özünə nəsib olsun”.

Qeyd edək ki, müğənni Manaf Ağayevin qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Bu səbəbdən də onun tez-tez Moskvaya gedib, orada müalicə aldığı deyilir.

aia.az
Geri dön