Ana Sayfa > Seçki 2024 > Şəmkirdə şəhidlərin ildönüm mərasimiləri keçirilib

Şəmkirdə şəhidlərin ildönüm mərasimiləri keçirilib


2-11-2021, 10:19. Yazar: sevinc1
Şəmkirdə şəhidlərin ildönüm mərasimiləri keçirilib


YAP Şəmkir rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış igidlərin – Şəmkir şəhər şəhidi Zamanov Mətləb Nizami oğlunun, Yuxarı Seyfəli kənd şəhidi Məmmədov Münasib Elman oğlunun və Qılıncbəyli kənd şəhidi Abbasov Tural Fəzayıl oğlunun il mərasimlərində iştirak ediblər.

İlk öncə şəhidlərimizin məzarları ziyarət olunub və üstünə gül-çiçək dəstələri düzülərək ruhlarına dualar oxunub.

Ziyarətçilər şəhidlərin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Mərasimdə hər üç şəhidin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Geri dön