Ana Sayfa > Ölkə > Bakıda iki yük avtomobili toqquşub, bir nəfər ölüb

Bakıda iki yük avtomobili toqquşub, bir nəfər ölüb


2-11-2021, 09:00. Yazar: sevinc1
Bakıda iki yük avtomobili toqquşub, bir nəfər ölüb

Qaradağ rayonunda iki yük avtomobili toqquşub, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AİA.Az
Geri dön