Ana Sayfa > Ölkə > Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Fərid Yaşar oğlunun il mərasimi keçirilib
Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Fərid Yaşar oğlunun il mərasimi keçirilib1-11-2021, 16:48. Yazar: sevinc1 |
![]() Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Fərid Yaşar oğlunun il mərasimi keçirilib. YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəal üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti şəhidlərimizin il mərasimində iştirak edib və şəhidlərimizin ailə üzvləri ilə görüş keçiriblər. Görüş zamanı igidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub, şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar. Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, Sabirabad rayonunun Ətcələr kəndində Vətən müharibəsi şəhidi Tağıyev Fuad Mərdan oğlunun doğum günü münasibətilə tədbir keçrilib. Tədbir şəhid Əkbərov Rahil Canəhməd oğlunun və Tağıyev Fuad Mərdan oğlunun əziz xatirəsinə tikilmiş abidə-kompleksinin önündə keçrilmişdir. YAP Sabirabad rayon təşkilatının fəalları, rayon ictimayəti, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları tərbirdə iştirak ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! aia.az Geri dön |