Ana Sayfa > Gündəm > Türkiyə MN Azərbaycan xalqını təbrik etdi
Türkiyə MN Azərbaycan xalqını təbrik etdi1-11-2021, 14:20. Yazar: sevinc1 |
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. aia.az xəbər verir ki, nazirliyin təbrikini Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara keçirdiyi brifinqdə çatdırıb. "Bir millət, iki dövlət ” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə indidən təbrik edirik. Ədalətli işlərində, bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızla onların yanında olduğumuzu bir daha vurğulayırıq", - nazirlik rəsmisi vurğulayıb. aia.az Geri dön |