Ana Sayfa > Karusel / Gündəm > Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı:

Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı:


1-11-2021, 11:30. Yazar: sevinc1
Akif Təvəkküloğlu Milli Məclisdən ayrıldı:

Uzun illər Milli Məclisdə çalışan Akif Təvəkküloğlu parlamentdəki işindən ayrılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, A.Təvəkküloğlu Azərbaycan Həmkarlar İttifaqları (AHİK) Konfederasiyasında vəzifəyə gətirilib.

A.Təvəkküloğlu AHİK-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində çalışıb.

O, altıncı çağırış Milli Məclis işinə başlayandan sonra həmin vəzifəsindən azad edilib.

A.Təvəkküloğlu bundan sonra parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

aia.az
Geri dön