Ana Sayfa > Ölkə > Füzuliyə qanunsuz getmək istəyən şəxs həbs edildi
Füzuliyə qanunsuz getmək istəyən şəxs həbs edildi30-10-2021, 17:05. Yazar: sevinc1 |
![]() Oktyabrın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə getməyə cəhd edən şəxs həbs edilib. DİN Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, rayonun Əhmədbəyli kənd sakini M.Möhsümzadə “VAZ-2106” markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərib. Buna görə saxlanılan M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs edilib. aia.az Geri dön |