Ana Sayfa > Dünya > "Yeni filmimizdə 18+ səhnələr..." - FOTO

"Yeni filmimizdə 18+ səhnələr..." - FOTO


4-05-2016, 15:32. Yazar: admin



Aktyor Müşviq Şahverdiyev "My name is İntiqam-2" filmindən sonra yeni layihə üzərində çalışır.

Açıqlama verən Müşviq Şahverdiyev bildirib ki, yeni film üzərində işləyir:

"Yeni mövsümdə yeni filmlə gəlirik. Noyabrın sonunda tamaşaçılara təqdim edəcəyik. Ssenarimiz artıq hazırdır. Filmin adı "Gizlənpaç"dır. Romantik komediya janrında olacaq bir filmdir. İyun ayında çəkilişlərimizə start verəcəyik. Çəkilişlərin böyük hissəsi Bakıda aparılacaq. Baş rollarda İlkin Misgərli və mən olacağıq. Bu dəfə də gənclərə yer veriləcək. Digər iki filmimizdə böyük tənqidlərlə üzləşdik. 18+, açıq səhnələr, ikibaşlı zarafatlar etirazla qarşılandı. Bu tənqidlərdən nəticə çıxararaq 3-cü filmimizdə 18+ səhnələr yer almayacaq və bu tam ailə filmi olacaq. Tamaşaçılarımızın istədiyi kriteriyalara cavab verməyə çalışacağıq. Əsas məqsədimiz tamaşaçılarımızın könlünü oxşamaqdır. Bu film "My name is İntiqam"ın hər iki hissəsindən yüksək səviyyədə olacaq.

"Gizlənpaç" filminin əsas qəhrəmanları klounlardır. Bu filmimizin də rejissoru dəyişib. Elmir Süleymanov "Gizlənpaç" filminin rejissoru funksiyasını yerinə yetirəcək. Müəyyən səbəblərdən İlham Yaşaroğlu ilə də yollarımızı ayırmalı olduq. Ssenarist heyətimiz isə Fariz Əliyev, İlkin Misgərli, Cəmil Məmmədli və məndən ibarətdir. Yaxın zamanda daha ətraflı məlumat verəcəyik yenə sizə. Bizi izləyin və gözləyin!"

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az


Geri dön