Ana Sayfa > Seçilənlər-4 > İŞİD türk əsgərini qaçırıb

İŞİD türk əsgərini qaçırıb


4-05-2016, 14:22. Yazar: admin



İŞİD terror qruplaşması Türkiyənin Kilis vilayətinin polis bölməsində xidməti vəzifəsini yerinə yetirən türk əsgərini qaçırıb.

Aia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda İŞİD özünün dərc etdiyi jurnalda bildirib.

Terror qruplaşması jurnalın altıncı və sonuncu nömrəsində S. T. adlı türk əsgərinin əllərində olduğunu və növbəti nömrəsində ondan alınan müsahibəni verərək aqibətini açıqlayacağını iddia edib.

Türk əsgərinin nə vaxt qaçırıldığı bildirilmir.

Aia.az
Geri dön