Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib28-10-2021, 17:41. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 420 yeni yoluxma faktı qeydə alınıb, 1 358 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib, aktiv xəstə sayı 28 761 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, ötən müddət ərzində isə ümumilikdə 5 158 035 test aparılıb. aia.az Geri dön |