Ana Sayfa > Ölkə > Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb28-10-2021, 13:55. Yazar: sevinc1 |
![]() 2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2021-ci ilin 9 ayı ərzində yerinə görülən işlərlə bağlı hesabatında deyilir. Həmin yollar aşağıdakılardır: 1.Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km; 2.Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km; 3.Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km; 4.Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km; 5.Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km; 6.İsmayıllı rayonu, Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km; 7.Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km; 8.Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km. 2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib: Respublika əhəmiyyətli - 103.5 km; Yerli əhəmiyyətli - 312.5 km; Bakı şəhər yolları - 124 km. 2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib: “Zəfər Yolu” üzərində 4; İsmayıllı rayonunda 4. 2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib: Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr; Ziya Bünyadov prospektində 90 metr uzunluğunda. AİA.Az Geri dön |