Ana Sayfa > Ölkə > Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar
Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar28-10-2021, 11:17. Yazar: sevinc1 |
![]() Bu ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə aia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, nəticədə: - 6 055 p/m əyrixətli tirlər, - 65 p/m beton bardür, - 177 p/m mühafizə çəpəri, - 20 işıq dirəyi, - 15 yol nişanı, - 4 məlumat lövhəsi, - 3 dayanacaq, - 18 səsboğucu lövhə, - 1 hidravlik baryer və mühərriki, - 164 m2 alkapon üzlük, - 25 m körpü məhəccəri yararsız hala düşüb: "9 ay ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405.7 min manatı (70.9 %) ödənilib: - Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin, - 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, - 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub". aia.az Geri dön |