Ana Sayfa > Ölkə > Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar

Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar


28-10-2021, 10:39. Yazar: sevinc1
Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, F.Abbasovanın və H.Neciyevin koronavirus testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilsə də, həmin şəxslər karantin rejiminin qaydalarını pozaraq yaşadıqları ünvanları tərk ediblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onların hər ikisi rayon ərazisində saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Bərdə RPŞ-də araşdırmalar aparılır.

aia.az
Geri dön