Ana Sayfa > Qərbi Azərbaycan > Risk qrupuna daxil olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə vaksinasiyası tövsiyə edilir
Risk qrupuna daxil olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə vaksinasiyası tövsiyə edilir27-10-2021, 17:36. Yazar: sevinc1 |
Yeni növ koronavirus (COVID-19) infeksiyasının risk qrupuna daxil olan 12 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsi tövsiyə edilir. Uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də belə uşaqların peyvəndlənməsi məsləhətdir. Azərbaycanda uşaqların peyvəndlənməsi hər iki valideynin icazəsi olduğu halda aparılır. Bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin instaqram hesabında “Uşaqlar və COVID-19” mövzusunda danışarkən deyib. Mütəxəssis bildirib ki, uşaqlarda peyvəndlərin əks-göstəriş qaydaları və dozası böyüklərdə olduğu kimidir: “Yəni, uşaqlarda peyvənd olunarkən onların iki doza alması vacib şərtdir. Peyvəndləmədən sonra müşahidə olunan yan təsirlərdə də heç bir fərq yoxdur”. A.Zeynalova, həmçinin deyib ki, uşaqlara COVID-19 xəstəliyini anlaşıqlı dildə, həssas yanaşaraq, yaşlarına uyğun şəkildə izah etmək lazımdır: “Onlara, ilk növbədə, gigiyena qaydaları öyrədilməli, əllərin 20 saniyədən az olmayaraq düzgün yumaq qaydası izah edilərək uşaqların əlyuma gigiyenasını dərk etməsinə çalışmalıyıq”. AİA.Az Geri dön |