Ana Sayfa > Cəmiyyət > Sumqayıt sakini qətlə yetirildi

Sumqayıt sakini qətlə yetirildi


4-05-2016, 12:37. Yazar: admin


Sumqayıt şəhərində qətl törədilib.

Aia.az bildirir ki, Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 36-cı məhəllə adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1969-cu il təvəllüdlü Tapdıq Musayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Geri dön