Ana Sayfa > Siyasət > Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək -

Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək -


27-10-2021, 14:10. Yazar: sevinc1
Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək -

İnanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tezliklə bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Prezident əlavə edib ki, Türkiyə Qarabağda dağıntıların fəsadlarının aradan qaldırılmasına böyük əhəmiyyət verir:

"30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək. İnanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tezliklə bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək. Ağıllı kənd təsərrüfatı layihəsi ilə bağlı araşdırmalar aparılıb və bu istiqamətdə intensiv işlər görülür. Bununla yanaşı, minalardan təmizləmə işləri də davam edir. Minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mənfəət verəcək işlər həyata keçirilir. Yaxın perspektvidə əkinçilik və heyvandarlıqda çox ciddi sıçrayış olacaq”.

aia.az
Geri dön