Ana Sayfa > Gündəm > Yerli və xarici iş adamları Qarabağda sənayenin bərpasına investisiya qoymaq istəyirlər - Məmməd Musayev

Yerli və xarici iş adamları Qarabağda sənayenin bərpasına investisiya qoymaq istəyirlər - Məmməd Musayev


27-10-2021, 11:30. Yazar: sevinc1
Yerli və xarici iş adamları Qarabağda sənayenin bərpasına investisiya qoymaq istəyirlər - Məmməd Musayev

Yerli və xarici iş adamları Qarabağda sənayenin bərpasına investisiya qoymaq istəyirlər.

Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan biznesin, sahibkarlığın inkişafı, eləcə də həm yerli, həm də xarici iş adamlarının investisiya qoyması üçün bir sıra imkanlar yaradıb: "Biz yerli və xarici iş adamlarının Qarabağda sənayenin bərpasında marağını görürük".

M.Musayev əlavə edib ki, bu tədbir Qarabağın inkişafına və ölkəyə investisiyaların cəlb olunmasına xidmət edəcək: "Biz bu cür işləri gələcəkdə də görəcəyik".

AİA.Az
Geri dön