Ana Sayfa > Karusel / Ölkə > Bu il havalar tez soyudu:

Bu il havalar tez soyudu:


26-10-2021, 18:04. Yazar: sevinc1
Bu il havalar tez soyudu:

Xəbər verdiyimiz kimi, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Hazırda Bakı bu günlərdə özünə xas olmayan qış havası yaşayır.

Maraqlıdır, havaların soyuq keçməsi səbəbindən Bakıya, eləcə də rayonlara istilik sistemi vaxtından əvvəl verilə bilərmi?

aia.az xəbər verir ki, mövzu ilə bağlı lent.az-ın suallarını cavablayan verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılması nəzərdə tutulub:

"İstiliyin tez verilməsi ilə bağlı quruma heç bir müraciət daxil olmayıb. "Azəristilik" məktəblərlə, eləcə də bağçalarla müqavilə əsasında işləyir. Müqaviləyə görə, 5 ay müddətində sözügedən yerlərə istilik verilir. Müqavilədə də dəyişiklik olmayıb. Yəni, noyabr ayının 15-dən başlayaraq məktəblərə, bağçalara istiliyin verilməsinə başlanılacaq".

aia.az
Geri dön