Ana Sayfa > Seçki 2024 > Bərpa və quruculuq işləri Azərbaycanın gücündən xəbər verir

Bərpa və quruculuq işləri Azərbaycanın gücündən xəbər verir


26-10-2021, 15:36. Yazar: sevinc1
Bərpa və quruculuq işləri Azərbaycanın gücündən xəbər verir

Məlum olduğu kimi, bu il oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Bu səmimi ab-havada keçən çox maraqlı tədbiri hamı kimi, mən də böyük maraqla izlədim və müstəqil Azərbaycanın vətəndaşı olmağımdan bir daha qürur hissi yaşadım.

Dövlətimizin başçısı tədbirdə Zəngilanın çox füsunkar təbiətə malik olan bir diyar olduğunu vurğulayaraq dedi: “Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diya¬ra. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıt¬mışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu”.

Qeyd etmək istəyirəm ki, cənab Prezident bundan əvvəl Füzuli, Xocavənd Cəbrayıl rayonlarına səfərlər edərək, burada bir çox mühüm sosial və istehsalyön¬lü obyektlərin təməlini qoyubdur. Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş bütün ərazilərdə geniş bərpa və yenidənqurma işləri görülür.

Qarabağ hər bir azərbaycanlı üçün olduqca doğma və məhrəm bir diyardır. Onun 30 ilə yaxın düşmən əsarətində qalması hər birimizin ürəyini ağrıdırdı. İnsan yalnız şərəfli ölkədə ləyaqətli ömür sürə bilər. Azərbaycan bu gün dünyanın ən şərəfli ölkələrindən biridir. Biz bu mənada son dərəcə xoşbəxt xalqıq. Xalqımıza bu xoşbəxtliyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, rəşadətli Azərbaycan Ordu¬sunun igid əsgər və zabitləri bəxş ediblər.

Bu xoşbəxtlik xalqla dövlətin sarsıl¬maz birliyi sayəsində mümkün olubdur. Bu birliyin, həmrəyliyin, yurdsevərliyin qədrini bundan sonra daim bilməliyik. O zaman daha güclü, daha qüdrətli olacağıq.

Ermənilər Qarabağda olmazın vəhşiliklər törədiblər. Onların əsl xisləti məhz budur. Azərbaycan xalqı isə ermənilərdən fərqli olaraq doğma Qa¬rabağda son bir ildə qurub-yaratmaqla məşğuldur. Biz sivil, mədəni xalqıq. Bizim onlardan fərqimiz çox böyükdür.

Mən çox istərdim ki, erməni xalqı öz səhvlərini etiraf edib, nəhayət, düz yola, haqq yoluna qayıtsın. Tarixdə əbədi müharibələr olmur. Ermənilər bizimlə qonşu kimi sülh, əmin-amanlıq şəraitində yaşamağa çalışmalıdırlar. Bu, onların da bizim də xeyrimizədir.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Ermənistanda bəzi qatı millətçi qüvvələr yenidən revan¬şist planlar qururlar. Bunlar əbəs cəhdlərdir. Azərbaycan dövləti heç vaxt bu qədər güclü və qüdrətli olmamışdır. Azərbayacanın regionda yaratdığı reallıqları heç bir qüvvə, heç bir düşmən dəyişdirə bilməz.

Prezident İlham Əliyevin Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə vurğuladığı kimi, biz torpaqlarımızı şəhidlərimizin canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.

Bu gün Azərbaycan xalqı və dövləti əl-ələ verib Qarabağı dünya¬nın ən gözəl məkanına çevirməklə məşğuldur. Tezliklə qaçqın və köç¬kün ailələri doğma yurd yerlərinə qayıdıb orada rahat və firavan ömür sürəcəklər.


Sahib HACIYEV,
YAP Göygöl rayon təşkilatının Göygöl Peşə məktəbi ərazi ilk partiya təşkilatının sədr müavini
aia.az

Geri dön