Ana Sayfa > Manşet / Gündəm > Prezidentlər Zəngəzur Dəhlizində yeni yolun təməlini qoydular

Prezidentlər Zəngəzur Dəhlizində yeni yolun təməlini qoydular


26-10-2021, 15:19. Yazar: sevinc1
Prezidentlər Zəngəzur Dəhlizində yeni yolun təməlini qoydular

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.

aia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoyublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.

aia.az
Geri dön