Ana Sayfa > Səhiyyə > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


26-10-2021, 14:57. Yazar: sevinc1
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 233 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 424 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 086 757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 338 145 təşkil edir.

aia.az
Geri dön