Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb25-10-2021, 16:49. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib, aktiv xəstə sayı 25 655 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, ötən müddət ərzində isə ümumilikdə 5 117 481 test aparılıb. aia.az Geri dön |