Ana Sayfa > Ölkə > İcra başçısının piyadanı vurması xəbəri yalandır - Açıqlama

İcra başçısının piyadanı vurması xəbəri yalandır - Açıqlama


25-10-2021, 09:42. Yazar: admen
İcra başçısının piyadanı vurması xəbəri yalandır - Açıqlama

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır".

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:

"Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək".

AİA.Az
Geri dön